• Bakı C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edildi

İDMAN

03 Fevral 2025 | 22:59

Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edildi

Misli Premyer Liqasında legioner limiti ləğv olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

2025/2026 mövsümündən çempionatda legioner limiti tətbiq olunmayacaq.

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu yer ala bilər. Meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilib.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

- 1 legionerdən 7 legionerə qədər: 5000 manat

- 8-dən 12-yə qədər: 10000 manat

- 13-dən 15-ə qədər: 100000 manat

- 16 və daha yuxarı: 200000 manat

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək. Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.


SON XƏBƏRLƏR

03 Fevral 2025