• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan Premyer Liqası: XXIV tur Qəbələdə start götürəcək

İDMAN

23 Fevral 2024 | 09:30

Azərbaycan Premyer Liqası: XXIV tur Qəbələdə start götürəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, günün yeganə matçında “Kəpəz” və “Qəbələ” komandaları üz-üzə gələcəklər.

Gəncə təmsilçisi bu qarşılaşmada nominal meydan sahibi olacaq. Görüş saat 17:00-da başlayacaq. Matçı Rəvan Həmzəzadə idarə edəcək.

“Sarı-göylər” 20 xalla 9-cu, “radarlar” isə 15 xalla 10-cu pilədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XXIV

23 fevral

17:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.


SON XƏBƏRLƏR

26 Iyul 2024