• Bakı 18° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu haqqında qanun TƏSDİQLƏNİB

SİYASƏT

22 Aprel 2024 | 14:38

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu haqqında qanun TƏSDİQLƏNİB

Qırğızıstan Prezidenti Sadır Japarov “Qırğız Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan-Qırğızıstan İnkişaf Fondu arasında Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Qırğızıstan Respublikası ərazisində qalma şərtləri haqqında” Sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu qanunun məqsədi ölkədə inkişaf fondunun fəaliyyəti üçün əlverişli şərait yaratmaqdır.

Sənəddə qeyd olunub ki, fondun Qırğızıstan vətəndaşı olmayan vəzifəli şəxsləri və əməkdaşları müvafiq rütbəli diplomatik nümayəndələrə verilən güzəşt və imtiyazlardan istifadə edirlər.

Xatırladaq ki, fondun yaradılması ilə bağlı razılıq Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin oktyabrında Qırğızıstana dövlət səfəri zamanı əldə olunub.

Fondun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır.


SON XƏBƏRLƏR

27 May 2024