• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycan Respublikasının Hesablama Palatası Dünya Bankının  Hesabatında

İQTİSADİYYAT

28 Iyul 2021 | 22:43

Azərbaycan Respublikasının Hesablama Palatası Dünya Bankının Hesabatında

Bu il iyul ayının 28-də Hesablama Palatası ilə  Dünya Bankının   “Ali Audit Qurumlarının Müstəqillik İndeksinə dair 2021-ci ilin Qlobal Sintez Hesabatı”   mövzusunda  birgə tədbiri keçirildi.
Qurumdan Bakıvaxtı.az-a daxil olan məlumata görə, tədbirdə  Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və sahə üzrə məsul əməkdaşları, Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl və nümayəndələri, eləcə də, media nümayəndələri iştirak edirdi.
Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl tədbiri açaraq tədbir iştirakçılarını  salamladı və  “Ali Audit Qurumlarının Müstəqillik İndeksinə dair 2021-ci ilin Qlobal Sintez Hesabatı” layihəsi barədə məlumat verdi. Azərbaycan Respublikasının Hesablama Palatasının  sədri Vüqar Gülməmmədov da tədbir iştirakçılarını salamladı və  qısa nitqlə çıxış etdi.
Hesabatı təqdim edən Dünya  Bankının meneceri Den Boys  və PETA Katibliyinin   və Dünya Bankının dövlət maliyyəsi idarəçiliyi üzrə qlobal rəhbəri Srinavas Qruzade bildirdilər ki,  Dünya Bankının müvafiq İdarəetmə qrupları tərəfindən aparılmış  118 ölkənin Ali Audit Qurumlarının (AAQ) müstəqillik indeksinin qiymətləndirilməsi layihəsi 2019-cu ilin oktyabrından 2021-ci ilin may ayınadək davam etmiş,  Dünya Bankından borcalan ölkələrin idarəetmə qrupları və İdarəetmə Qlobal Tətbiqi üçün hərtərəfli  məlumat bazası yaratmaq,  AAQ-nın qlobal vəziyyətini və inkişaf üçün boşluqları müəyyənləşdirmək  məqsədini daşımışdır. 
Hesabatda qeyd olunur ki, bütün dünyada AAQ-lar qabaqcıl idarəetmə, şəffaflıq və hesabatlılığın təşviqində mühüm rol oynayır, eyni zamanda,  Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasının izlənilməsinə kömək edirlər. Lakin məlumat məhdudiyyətləri səbəbindən bu qiymətləndirmə yalnız 118 ölkəni əhatə etmiş,  müstəqillik dərəcəsinə əsasən hər bir ölkənin  AAQ-ına müstəqillik dərəcəsi müəyyən edilmişdir. 
118 ölkə üzrə  qiymətləndirmənin  nəticələri 1977-ci il Lima Bəyannaməsinin AAQ-ların müstəqilliyinə dair tələblərinin qarşılamaq üçün  hələ bir sıra müvafiq  işlərin görülməsinin vacibliyini  göstərmişdir.
Eyni zamanda, Dünya Bankının tapşırıq qruplarını və inkişaf tərəfdaşlarını müştəri (borcalan) ölkələrdə AAQ-ların gücləndirilməsinə dəstək vermək üçün məlumatlandırmağı  hədəfləyən Qlobal qiymətləndirmə layihəsindən  əldə edilən nəticələr 118 ölkə arasında yalnız 2 ölkənin ən yüksək müstəqillik dərəcəsinə malik olduğunu  müəyyən etmişdir,  17 ölkənin, o cümlədən, Azərbaycan Respublikasının    müstəqilliyinin yüksək, 33 ölkənin müstəqilliyinin əhəmiyyətli dərəcədə, 37 ölkənin müstəqilliyinin orta,  29 ölkənin müstəqilliyinin isə aşağı  olduğu təsbit  edilmişdir.
  Sonda Sara Maykl  tədbir iştirakçılarına təşəkkürünü bildirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026