• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Azərbaycan tərəfə keçən erməni: Maşını atıb qaçdım...

HADİSƏ

23 Mart 2023 | 00:50

Azərbaycan tərəfə keçən erməni: Maşını atıb qaçdım...

Ötən gün qatı duman səbəbindən yolunu azaraq, Azərbaycan ərazisinə keçən erməni əsgər Martiros Gülambaryan açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, "24 Nyus"a (24News) təfərrüatı danışan Gülambaryan Akner kəndi yaxınlığında (Qaragöl ərazisi) yerləşən erməni postuna "Kamaz" maşını ilə təchizat apararkən duman səbəbindən azdığını və Azərbaycan ərazisinə keçdiyini bildirib.

O deyib ki, qarşıda Azərbaycan hərbçilərini görən kimi maşını saxlayaraq, düşüb və kiçik dərədə gizlənib. Duman onun görünməsini çətinləşdirib:

"Baxmayaraq ki, dron qaldırıldı, ancaq qar məni görünməz etdi. Mən bu yerləri tanıyıram, ona görə də maşını ataraq, öz tərəfimizə keçdim".

Onun sözlərinə görə, maşın Azərbaycan ərazisində qalıb./axar


SON XƏBƏRLƏR

19 Aprel 2024