• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı-Sumqayıt yolunda əməliyyat - Saxlanılan var

HADİSƏ

21 Aprel 2023 | 11:50

Bakı-Sumqayıt yolunda əməliyyat - Saxlanılan var

Bakı-Sumqayıt yolunda heroin alverçisinə qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat Abşeron rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı Əliyev Mehdi Ağamehdi oğlu Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində, “Riyad" ticarət mərkəzinin yaxınlığında saxlanılıb Abşeron RPİ-nə gətirilib. İdarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qısaqol gödəkçənin qabaq sağ cibindən bir ədəd sarı rəngli selofan bükümdə çəkisi 14,463 qram olan külli miqdarda, küstar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

20.04.2023-cü il tarixdə Əliyev Mehdi Ağamehdi oğlu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilmiş, Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026