• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Cəlilabadda DƏHŞƏT: 17 yaşlı oğlan bacısını...

HADİSƏ

20 May 2023 | 20:47 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda DƏHŞƏT: 17 yaşlı oğlan bacısını...

Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü Məhəmməd Şahbazovun qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, Məhəmməd Şahbazov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026