Bakı-Qazax magistral yolunda zəncirvarı qəza olub.
Bakıvaxtı.az bildirir ki, hadisə Qaradağ rayonunda, "Qaradağ" marketin qarşısında qeydə alınıb.
İlkin məlumata görə, iki yük maşını toqquşub, daha sonra digər avtomobillərə çırpılıb. Qəza nəticəsində 20-yə yaxın avtomobilə ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır./ağa















