• Bakı 10° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Ford" piyadanı vurub öldürdü

HADİSƏ

20 May 2023 | 10:59

"Ford" piyadanı vurub öldürdü

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə mayın 17-si axşam saatlarında Qəbələ şəhəri ərazisində baş verib. Firdovsi Əmiraslanov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən piyada, 1961-ci il təvəllüdlü şəhər sakini Yaşar Məmmədovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq dünən orada vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov  bildirib ki, faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026