• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Evdən oğurluq edən keçmiş məhkumlar saxlanıldılar

HADİSƏ

21 Aprel 2023 | 14:18

Evdən oğurluq edən keçmiş məhkumlar saxlanıldılar

Samuxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar.

Bu barədə Bakıvaxtı.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 20-də Qarayeri qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində məişət əşyaları, 2 ədəd təsərrüfat texnikası və 400 kiloqram metal oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri əvvəllər məhkum olunmuşlar — R.Həsənov və C.Xəlilov müəyyən olunaraq saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026