• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ucarda 18 yaşlı qız müəmmalı şəkildə öldü

HADİSƏ

21 Aprel 2023 | 23:04 | Müəllif: Subhan Mahmudov

Ucarda 18 yaşlı qız müəmmalı şəkildə öldü

Ucarda 18 yaşlı qız müəmmalı şəkildə ölüb.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Qazyan kənd sakini, 2005-ci il təvəllüdlü Kamilə Yaqub qızı Ələkbərovanın halı yaşadığı evdə qəflətən pisləşib.

Təcili tibbi yardım avtomobili ilə xəstə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, həyatını itirib.

Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

İlkin ehtimala görə, ölümə səbəb arterial təzyiqin düşməsi olub.

Meyit aidiatı üzrə təhvil verilib.

Fakt araşdırılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026