• Bakı C

    9.61 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlıq üzrə işçi qrup yaratmağı planlaşdırır

SİYASƏT

21 Fevral 2025 | 11:45

Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlıq üzrə işçi qrup yaratmağı planlaşdırır

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın energetika naziri Sergey Tsivilyovla görüşüb.

Bu barədə Bakıvaxtı.az-a diplomatik missiyanın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər Azərbaycan və Rusiya arasında neft, qaz və elektrik enerjisi sahələrində ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərini, eləcə də qonşu ölkələrlə üçtərəfli layihələri müzakirə ediblər.

Səfirə milli texnoloji suverenliyin möhkəmləndirilməsi probleminə Rusiyanın yanaşması barədə məlumat verilib. Rusiya tərəfinin Azərbaycanla dostluq münasibətlərini və Bakı ilə enerji sahəsində ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyi vurğulanıb.

Hər iki tərəf müvafiq işçi qrup yaradılmaqla enerji sektorunda əməkdaşlığın və nazirliklərarası dialoqun intensivləşdirilməsi ideyasını dəstəkləyib.


SON XƏBƏRLƏR

21 Fevral 2025