• Bakı 28° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

 İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

SİYASƏT

21 Mart 2025 | 23:37 | Müəllif: Subhan Mahmudov

İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrik mətnində qeyd olunub:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

İcazə verin, Gürcüstan hökuməti və gürcü xalqı adından Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim. Bu bayram yeni həyat, birlik, rifah rəmzidir və bizim ölkələr arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq kontekstində əhəmiyyət kəsb edir. Sizə və Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayır və ən xoş arzularımı çatdırıram.

Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan əlaqələrin səviyyəsini yüksək qiymətləndirirəm. Bu əlaqələr xalqlarımız arasında mövcud olan ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Ümumi regional maraqlarla şərtlənən, ölkələrimiz arasındakı müxtəlif sahələrdə səmərəli və çoxtərəfli əməkdaşlığımız nümunəvidir və xalqlarımızın rifahı və inkişafı üçün möhkəm zəmin yaradır.

Əminəm ki, mövcud əməkdaşlığımız birgə səylərimizlə daha da möhkəmlənəcək. Qlobal çağırışlar fonunda regionda sülh və sabitliyin qorunub saxlanılması üçün bizim əməkdaşlığımızın olduqca böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulamaq istərdim.

Zati-aliləri. Fürsətdən istifadə edərək, bir daha Sizə ən yüksək ehtiramımı ifadə edirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026