• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Paşinyan sülh sazişinin mətninin açıqlanacağı vaxtı bəyan etdi

SİYASƏT

22 Mart 2025 | 09:18

Paşinyan sülh sazişinin mətninin açıqlanacağı vaxtı bəyan etdi

Ermənistanın baş Naziri Nikol Paşinyan Azərbaycanla razılaşdırılmış sülh sazişinin mətninin nə vaxt açıqlanacağından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan İctimai Televiziyada deyib ki, sülh sazişinin mətni yalnız müqavilə imzalanandan sonra ictimaiyyətə açıqlanacaq.

“Biz bu sənədi Azərbaycanla ictimailəşdirmək imkanını müzakirə edirik, çünki biz onu imzalamağı təklif edirik. Biz onu imzalayan kimi ictimaiyyətə açıqlanacaq”.

Paşinyan erməni ictimaiyyətini əmin edib ki, müqavilə faydalı sənəddir.

"Əgər indi həm Ermənistan, həm də Azərbaycan danışıqları razılaşdırılmış mətnlə yekunlaşdırıbsa, deməli həm Ermənistan, həm də Azərbaycan bunu özləri üçün faydalı sənəd hesab edir", - Paşinyan bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026