• Bakı 14° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dənizçilik təhsili sahəsində əməkdaşlıq müzakirə olunub

CƏMİYYƏT

05 Noyabr 2025 | 19:52

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dənizçilik təhsili sahəsində əməkdaşlıq müzakirə olunub

Noyabrın 3-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib. ADDA rəhbəri qonağı salamlayaraq, akademiyanın tarixi inkişafı, strukturu, tədris prosesinin təşkili və elmi potensialı barədə ətraflı məlumat verib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə iki ölkənin dənizçilik üzrə ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, ikili diplom proqramlarının hazırlanması, eləcə də tələbələrin Səudiyyə Ərəbistanının dənizçilik şirkətlərində istehsalat təcrübələrinə cəlb olunması kimi konkret istiqamətlərdə  əməkdaşlıq imkanları müzakirə edilib.

Hörmətli səfir İssam bin Saleh əl-Cuteyli təklif olunan  əməkdaşlıq təşəbbüslərini yüksək dəyərləndirərək, əməkdaşlığın rəsmi Anlaşma Memorandumu əsasında formalaşdırılmasının məqsədəuyğunluğunu vurğulayıb.

 Görüş səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçib.


SON XƏBƏRLƏR