Maldiv Xarici İşlər Nazirliyinin ikitərəfli katibi Hala Hameed Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maldiv Respublikasının sosial media hesabında məlumat verilib.
Bildirilib ki görüş hökumət və özəl sektorun rəsmi şəxslərindən ibarət nümayəndə heyətinə rəhbərlik edən Elnur Məmmədovun Maldiv adalarında rəsmi səfəri çərçivəsində baş tutub.
Qeyd edilib ki, Maldiv Respublikası və Azərbaycan Respublikası arasında 1-ci İkitərəfli Məsləhətləşmə bu gün keçiriləcək.