• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Somali Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

SİYASƏT

12 Fevral 2025 | 11:26

Somali Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verib.

Somalinin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


SON XƏBƏRLƏR