• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Qızdırmam düşmür, öskürək sinəmi dağıdır... - Bu, nə xəstəlikdir, axı?

CƏMİYYƏT

12 Fevral 2025 | 13:56

Qızdırmam düşmür, öskürək sinəmi dağıdır... - Bu, nə xəstəlikdir, axı?

“Qızdırmam 38-39 dərəcədən düşmür”, “Öskürməkdən sinəm dağılır, o dərman qalmayıb ki, atmayım. Bir xeyri yoxdur”, “Bu nə xəstəlikdirsə, səsim də batıb”...

Hər birimiz ətrafımızdan, iş yoldaşımızdan bu şikayətləri eşidirik. Həmin şəxslər sağaldıqdan bir müddət sonra əvvəlki simptomlarla yenidən xəstələndiklərini deyirlər.

Bəs kütləvi şəkildə yayılan bu xəstəlik nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, hazırda yayılan xəstəliklə bağlı statistik göstərici olmadığı üçün onu hər hansı bir xəstəlik adlandırmaq mümkün deyil.

G.Lətifovanın sözlərinə görə, fəsil dəyişikliyi olduqda və bizim insanların bu kimi iqlim dəyişikliyinə adaptasiya olmaması soyuqdəyməyə gətirib çıxarır.

Günay Lətifova, terapevt

Müsahibimiz insanlara geyimlərinə və qida qəbuluna diqqət etməyi məsləhət görüb.

Həmçinin nəzərə çatdırıb ki, müalicə başladıqda mütləq şəkildə həkim tövsiyəsi əsasında olmalı, insanlar heç bir halda özləri özlərinə müalicə təyin etməməlidirlər:

“Müalicə tam bitməmiş, pasiyent bir az özünə gəldikdən sonra dərhal müalicəni kəsir ki, bu da həmin virusun tam məhv olmamasına gətirir. Bu da özünü bərpa edir və həmin pasiyent yenidən xəstələnir. Ona görə də müalicə tam yekunlaşmalıdır. Belə olduqda virus da məhv olur”.

Terapevt son olaraq vurğulayıb ki, heç bir halda virus əleyhinə preparatlarla bakteriya əleyhinə olan preparatlar birlikdə qəbul edilməməlidir:

“İkisini birlikdə qəbul etmək insanları sağaltmayacaq. Sağaldan düzgün diaqnoz və müalicədir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR