• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Neftçalada qanunsuz tikili sökülüb - VİDEO

CƏMİYYƏT

12 Fevral 2025 | 10:50

Neftçalada qanunsuz tikili sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən Neftçala şəhərində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Neftçala Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


SON XƏBƏRLƏR