Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək.
Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) )Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb.
“Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq”, - marəciətə vurğulanıb