• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Bakının bu küçəsində yeni səki tikilib

CƏMİYYƏT

12 Fevral 2025 | 13:35

Bakının bu küçəsində yeni səki tikilib

Bakının Mirzəağa Əliyev küçəsində piyadaların daha təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə yeni səki tikilib.

Bu barədə Bakıvaxtı.az RəqəmsaI İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, eni 1,5 metr olan səkinin uzunluğu 360 metr təşkil edir.

Bildirilir ki, əvvəllər bu küçədə səki olmadığından piyadalar məcbur olub avtomobil yolundan və ya velosiped zolağından istifadə edirdilər.

Yeni səki müasir standartlara uyğun tikilib. Layihənin məqsədi şəhərin yol infrastrukturunu daha təhlükəsiz və vətəndaşlar üçün əlverişli etməkdir.


SON XƏBƏRLƏR