• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

“Barselona” Levandovski ilə müqaviləni uzadır

İDMAN

12 Fevral 2025 | 14:22

“Barselona” Levandovski ilə müqaviləni uzadır

İspaniyanın “Barselona” klubu hücumçu Robert Levandovski ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib.

Bakıvaxtı.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, klub 36 yaşlı ön xətt oyunçusu ilə müqavilə müddətini daha bir il uzatmaq yönündə anlaşıb.

Səudiyyə Ərəbistanı klublarından birinin futbolçuya ildə 100 milyon avroluq müqavilə təklif etməsinə baxmayaraq, onun “Barselona”dan getmək istəmədiyi bildirilib.

Qeyd edək ki, R.Levandovski hazırda La Liqada 19 qolla bombardirlər siyahısına başçılıq edir. O, 2022-ci ildə “Bavariya”dan Kataloniya təmsilçisinə transfer olunub.


SON XƏBƏRLƏR