"Azyaşlılarda ətarf mühiti öyrənmənin bir yolu da yad cisimlərin ağıza aparılmasıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi K Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev deyib.
Onun sözlərinə görə, yad cisimlərin udulması 85% 6 yaşa qədər uşaqlarda baş verir.
Cərrah nəzərə çatdırıb ki, uşaqlar tərəfinfən daha çox dəmir pullar udulur ki, bu da digər cisimlərin 60-65%-ni təşkil edir.
Mina Mikayılova