• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycan Yüksək Liqasında yarımfinalın ikinci oyunları keçiriləcək

İDMAN

17 Aprel 2025 | 09:23

Azərbaycan Yüksək Liqasında yarımfinalın ikinci oyunları keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunlarına start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, "Azərreyl" bu gün "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək.

Bu komandaların ilk görüşündə "Azərreyl" 3:2 hesablı qələbə qazanmışdı.

"Gəncə" isə "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. Yarımfinalın ilk matçında "Abşeron" rəqibini üstələmişdi - 3:1.

Qeyd edək ki, hər iki görüş Gənclər və idman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. "Azərreyl" - "Milli Aviasiya Akademiyası" matçı saat 15:00-da, "Gəncə" - "Abeşron" görüşü isə 17:00-da başlayacaq.


SON XƏBƏRLƏR

18 Aprel 2025