• Bakı 10° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Azərbaycana qardaş dəstəyi: Türkiyə rəhbərliyi də maraqlıdır ki, Azərbaycanla Ermənistan...

GÜNDƏM

02 Oktyabr 2023 | 11:49

Azərbaycana qardaş dəstəyi: Türkiyə rəhbərliyi də maraqlıdır ki, Azərbaycanla Ermənistan...

 "İndiki məqamda Türkiyənin Azərbaycana hərtərəfli dəstəyini növbəti dəfə ifadə etməsi çox önəmlidir".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, cənab Prezidentin də hər zaman qeyd etdiyi kimi, Azərbaycanın qələbəsində, torpaqlarımızın azad olunmasında Türkiyənin də böyük rolu var: "Türkiyənin Təhlükəsizlik Şurasının sonuncu iclasında Azərbaycanla münasibətlərin, Ermənistanla sülh prosesinin müzakirə olunması və Bakıya növbəti dəstəyin ifadə olunması əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan qardaş Türkiyə ilə bir çox məsələdə birlikdə addımlayır. Türkiyə hər zaman, hər şəraitdə yanımızda olub, ərazi bütövlüyümüzü daim dəstəkləyib, bütün beynəlxalq tribunalarda Bakının mövqeyini müdafiə edib”.

Deputat vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycana qardaş dəstəyini göstərib. Məhz Türkiyənin dəstəyi nəticəsində ərazi bütövlüyümüzü təmin etdik və qələbəmizi gücləndirdik. “Ölkəmizə qarşı mövcud təhdid və təhlükələrin qarşısını almışq olduq. Artıq Azərbaycan irəliyə doğru addımlayır.

Müsahibimiz qeyd edib ki, Türkiyə rəhbərliyinin də diqqətə çatdırdığ kimi hazırda ən önəmli məsələ Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasıdır: “Sülh müqaviləsi imzalanmadan hansısa münasibətlərin normallaşmasından söhbət gedə bilməz. İnanırıq ki, bu cür siyasəti davam etdirməklə bütün hədəf və məqsədlərimizə birmənalı nail olacağıq. Bunun üçün kifayət qədər imkanlar və reallıqlar var".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında 8 maddədən ibarət sənəd qəbul edilib. Sənədin 5-ci maddəsində xüsusilə vurğulanıb ki, Türkiyə bundan sonra da Azərbaycanı dəstəkləməkdə davam edəcək. Qeyd olunub ki, Azərbaycanın Qarabağı işğaldan azad etməsi regionda sülhün davamlı təmin olunması üçün çox əhəmiyyətlidir: "Türkiyə dövləti qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə Ermənistanla sülh müqaviləsinin imzalanmasını məqbul hesab edir. Rəsmi Ankara Cənubi Qafqazda sabitliyin dayanıqlı olması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmasını zəruri hesab edir. Türkiyə bu işə dəstək verəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR