Son günlər davamlı gündəmə gələn məsələ Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının, müzakirələrin qonşu Gürcüstanda aparılmasıdır. Gürcü hökumətinin başçısı, rəsmilər də bunu dəfələrlə təklif ediblər. Azərbaycan rəhbərliyi də razılığını ifadə edib.
Üstəlik ötən həftə Ermənistan baş naziri Nikol Paşinyan Gürcüstanda Forum çərçivəsində Azərbaycanın baş naziri Əli Əsədovla da bir araya gəlib. Əksər ekspertlərin fikrincə, kənar vasitəçi olmadan İrəvan-Bakı danışıqlarının Tbilisidə aparılması, müəyyən nəticələrin əldə olunması baxımıdan daha effektli ola bilər.
Politoloq Qulamhüseyn Əlibəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan vasitəçi olmadan da danışıqları davam etdirə və müəyyən razılıqlara gələ bilərlər.
Siyasi şərhçi vurğulayıb ki, Bakı və İrəvan arasında çoxsaylı görüşlər keçirilib və əsas müzakirə mövzuları dəqiqləşdirilib. Onun sözlərinə görə, tərəflər hansı məqamların ciddi müzakirələrə ehtiyac duyduğunu bilirlər. Yəni təkbətək görüşlər üçün demək olar ki, maneələr yoxdur: “Ancaq Ermənistan tərəfi çalışır ki, Fransa kimi ölkələri sülh danışıqlarına cəlb etsin və aranı qarışdırsın. Fransa və bir sıra Qərb ölkələri də İrəvanın vasitəsi ilə Cənubi Qafqaza nüfuz etməyə səy göstərirlər”.
Müsahibimiz bir daha qeyd edib ki, Azərbaycan və Ermənistan arasında birbaşa təmasların olması, müzakirələrin aparılması daha effektli hesab olunur və nəticələrin hasil olmasına ümid yaradır: “Bəllidir ki, regionda ABŞ-ın, Avropa Birliyinin, o cümlədən Rusiyanın öz maraqları var. O səbəbdən Gürcüstan, Azərbaycan və Ermənistının bölgə dövlətləri olaraq öz problemlərini özləri arasında müzakirə etməsi daha məqbuldur".

Qulamhüseyn Əlibəyli: Azərbaycanla Ermənistan arasında birbaşa təmasların olması nəticələrin hasil olmasına ümid yaradır
Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Gürcüstan vasitəçilik təklif yox, görüş məkanı təklif edir və müzakirələrə qatılmır, müdaxilə etmir. Bu da önəmli məqamdır. Prinsip etibarilə Gürcüstan variantını mümkün görürəm. İki tərəf arasında həlli mümkün olan məsələləri danışmaq üçün Vaşinqtona, Brüsselə, yaxud Moskvaya getməyə ehtiyac yoxdur".
Aydın Baxış


png-1698669095.png)













