• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sərhəd görüşü: Heç olmasa, yarım addım atılacaq

Gündəm

23 Noyabr 2023 | 16:49

Sərhəd görüşü: Heç olmasa, yarım addım atılacaq

 “Delimitasiya komissiyasının görüşü ilə bağlı çox müsbət fikirdəyəm”.

Bunu Bakıvaxtı.az-a politoloq Zərdüşt Əlizadə noyabrın 30-da Azərbaycanla Ermənistan arasında sərhəd bölgəsində delimitasiya komissiyasının görüşünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sülh prosesi ilə bağlı məmur və mütəxəssislər işləməyə başlamalı, konkret bir işlə məşğul olmalıdırlar: “Sülh haqqında əməli işə başlamaq lazımdır”.

Politoloq hesab edir ki, bu görüşdən sonra heç olmasa irəli yarım addım atılmaq olacaq.

Zərdüşt Əlizadə: Sülh prosesi ilə bağlı məmur və mütəxəssislər işləməyə başlamalıdır

 “Tərəflər əvvəldən ortaya qoyduqları konkret məsələləri müzakirə edəcək, sənədlərə istinad edəcəklər. Yəni gerçək iş baş verəcək”.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi noyabrın 30-u delimitasiya komisiyyasının görüşünün keçiriləcəyi barədə məlumat yaymışdı.

Azərbaycan Xarici İşlər Nazirliyi də noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.

XİN-in bu məsələ ilə bağlı yaydığı məlumatda deyilir:

“Əldə olunan razılaşmaya əsasən, noyabrın 30-da Azərbaycanla Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək”.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Iyul 2024