• Bakı 10° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Vasitəçisiz görüş: Ermənistan bu danışıqlardan qaçır

GÜNDƏM

27 Noyabr 2023 | 12:36

Vasitəçisiz görüş: Ermənistan bu danışıqlardan qaçır

"Azərbaycan vasitəçisiz görüşlərin tərəfdarıdır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının getdiyi hələlik üç format var: "Vaşinqton və Brüsseldə keçirilən görüşləri Qərb formatı adlandırırıq. Digər platforma isə Rusiyanın təşəbbüsü ilə keçirilən görüşlərdir. Ancaq bununla yanaşı ikitərəfli format da var. Azərbaycan və Ermənistan rəsmiləri arasında bir neçə dəfə ikitərəfli görüşlər, təmaslar olub. Sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyalar da bir neçə dəfə bir araya gəlib, müzakirələr aparıblar”.

A.Nağı qeyd edib ki, məsələ ondadır ki, hazırda danışıqlar getmir. Çünki Ermənistan Rusiyanın təkliflərinə "yox" cavabı verir. Azərbaycan da Qərbin təşkil etdiyi görüşlərə qatılmaqdan imtina edir. Qərb son günlər ikili standartlardan çıxış edir. Ermənistanı müdafiə edərək açıq-aşkar Bakıya qərəz nümayiş etdirir.

Akif Nağı: Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının getdiyi hələlik üç format var

Müsahibimiz qeyd edib ki, belə vəziyyətdə ikitərəfli görüş ən münasibidir: "Həm də ikitərəfli görüş daha səmərəli, effektli ola bilər. Düzdür, hələlik sərhəd komissiyalarının görüşü razılaşdırılıb. Amma İrəvan səmimi olarsa, gələcəkdə Azərbaycan-Ermənistan nümayəndələri arasında vasitəçisiz davamlı təmaslar reallaşar. Belə təkliflərlə Azərbaycan bir neçə dəfə çıxış edib. İlk görüş effektli olarsa, davamı gətirilə bilər".

Aydın Baxış


SON XƏBƏRLƏR