• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu kəndlər Azərbaycana qaytarılmalıdır - AÇIQLAMA

GÜNDƏM

31 Oktyabr 2023 | 09:48 | Müəllif: Qalib İbrahimoğlu

Bu kəndlər Azərbaycana qaytarılmalıdır - AÇIQLAMA

"Ermənistan hökuməti anklav kəndlər məsələsində manipulyasiya edir".

Bunu Bakıvaxtı.az-a Azad Vətən Partiyasın sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan Qazaxın kəndlərinin sovet dövründə guya hansısa qanunlara əsasən Ermənistanda qaldığını iddia edir və "anklavların dəyişdirilməsi" məsələsini gündəmə gətirir.

A,Nağı bildirib ki, Qazaxın 7 kəndi, xüsusən onların içində üç kənd - Sofulu, Bərxudarlı, Yuxarı Əskipara tam şəkildə anklav vəziyyətinə salınıb. Həmin kəndlərin ətrafındakı Azərbaycan əraziləri Ermənistan tərəfindən tədricən işğala məruz qalıb: “Ona görə də üç anklav kənd işğal edilmiş kəndlərimizlə birgə Azərbaycana qaytarılmalıdır. Bunun başqa variantı yoxdur və ermənilər oyun oynamağa son qoymalıdır. Naxçıvanın Kərki kəndinin vaxtilə Sədərəklə quru əlaqəsi var idi. Sonradan Kərkinin ətrafındakı əraziləri sovet hökuməti qeyri-qanuni yolla ermənilərə verdi. Nəticədə Kərki anklav vəziyyətinə düşdü. Kərki və ətrafı da Azərbaycana geri verilməlidir. Məsələnin mahiyyəti bundan ibarətdir və hüquqi sənədlər də var".

Akif Nağı: Başkənd Azərbaycana məxsus torpaqdır, ermənilər bu kəndə iddia edə bilməzlər

Müsahibimiz vurğulayıb ki, sovet Rusiyası heç bir hüquqa əsaslanmadan Azərbaycan torpaqları ilə bağlı qərarlar verib: "Ermənistan Başkəndə iddia irəli sürür. Ancaq Başkəndin Ermənistana heç bir dəxli yoxdur. Sovet dövründə ermənilərin təsərrüfat və heyvandarlıqla məşğul olmaları üçün kənddə onlara şərait yaradılmışdı. Başkənd Azərbaycana məxsus torpaqdır. Ermənilər bu kəndə iddia edə bilməzlər".

Qeyd edək ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib ki, Azərbaycan Ermənistan ərazisində anklavların olması ilə bağlı heç bir hüquqi sənəd, heç bir əsas təqdim etməyib: "Nə qədər ki, Azərbaycan hüquqi sənədlər təqdim etməyib, “anklavların dəyişdirilməsi” məsələsini müzakirə etmək mənasızdır".

Daha bir maraqlı məqam isə Marukyanın anklavları gündəmdə saxladığına görə medianı qınamasıdır. Guya bu mövzu aktual deyil, sadəcə, erməni mediası gündəmə daşıyır.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026