• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransanın ermənidən çox erməniliyi: Rəsmi Parisin canfəşanlığı nəticəsiz qalacaq

GÜNDƏM

31 Oktyabr 2023 | 14:04 | Müəllif: Qalib İbrahimoğlu

Fransanın ermənidən çox erməniliyi: Rəsmi Parisin canfəşanlığı nəticəsiz qalacaq

Fransanın açıq separatçı addımlarından, Hindistanın hərbi dəstəyindən sonra növbəti cəfəng bəyanat Kanadanın xarici işlər nazirindən gəlib. Ermənistana səfəri zamanı ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən Melani Coli həddini aşaraq Bakını sanksiyalarla hədələləməkdən belə çəkinməyib.

Bakıvaxtı.az xatırladır ki, Melani bundan əvvəl də Azərbaycana qarşı çağırışları ilə siyasi alət olduğunu nümayiş etdirmişdi. Şübhə yox ki, Kanadanın tutduğu mövqe, Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir.

Əslində Kanada kimi marionet ölkələrin əsl niyyəti bəllidir. Məqsəd regionun stabilliyi, əmin-amanlıq və sülh deyil. Qərb ölkələrinin qayəsi erməni kartı üzərindən Cənubi Qafqazda öz maraqlaranı təmin etməkdir. Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-ın bu missiya daxilinə öz “vassalını” yerləşdirmək əməliyyatıdır.

Millət vəkili Nəsib Məhəməliyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Fransanın ermənidən daha çox ermənilik etməsinin əsas səbəbi, türk-islam düşmənçiliyidir.

Deputatın sözlərinə görə, Fransa tarixən Cənubi Qafqaz regionunda varlığını təmin etmək istəyib, lakin buna nail ola bilməyib. Müsahibimiz bildirib ki, son hadisələrin fonunda, Rusiyanın bölgədə zəiflədiyini hiss edən Fransa, Ermənistan vasitəsilə geosiyasi maraqlarını reallaşdırmağa çalışır: “Bəzi Qərb dövlətlərinin ard-arda Azərbaycan əleyhinə bəyanatlarla çıxış etmələri, Fransanın əməlləridir və beynəlxalq təzyiqin bir növüdür. Həmin ölkələr Azərbaycanın Ermənistan və dünya erməniliyi üzərində qələbəsini həzm edə bilmirlər. Ona görə də bölgədə gərginliyin saxlanılmasında maraqlıdırlar. Başa düşürlər ki, iki dövlət arasında sülhün əldə olunması, tarixi “erməni məsələsi”nin gündəlikdən çıxarılması anlamına gəlir. Bu da ölkəmizlə yanaşı, qardaş Türkiyəyə qarşı soyqırım və ərazi iddialarından, təsir vasitələrindən imtina deməkdir. Təbii ki, dayanıqlı sülh, qlobal güclərin planları ilə uzlaşmır".

Nəsib Məhəməliyev: Bəzi ölkələr Azərbaycanın Ermənistan və dünya erməniliyi üzərində qələbəsini həzm edə bilmirlər

Parlamentari hesab edir ki, Fransanın və ona dəstək verən qüvvələrin canfəşanlığı nəticə verməyəcək: "Haqq-ədalət Azərbaycanın tərəfindədir və Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün təzyiqlərin qarşısı alınacaq. Ancaq daxildə özlərini müxalifət adlandıran və xaricdə oturub düşmən dəyirmanına su tökənlərin mövqeyi təəssüf doğurur. Kortəbii şəkildə Qərbin demokratiya, insan haqqları barədə nağılları altında öz dövlətinin, xalqının əleyhinə təbliğat aparanların fəaliyyəti olduqca zərərlidir. İndiki həssas zamanda, ölkəmizin ərazi bütövlüyünün, ictimai-siyasi sabitliyinin qorunması ən aktual məsələdir. Siyasi əqidəsindən asılı olmayaraq, hər bir azərbaycanlı milli birliyin, əldə olunmuş tarixi qələbələrin qorunmasında öz töhfəsini verməlidir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026