• Bakı 16° C

    3.34 m/s

Azərbaycanda 11 yaşlı qız zorlanma nəticəsində hamilə qaldı

HADİSƏ

29 Oktyabr 2021 | 16:00

Azərbaycanda 11 yaşlı qız zorlanma nəticəsində hamilə qaldı

Azərbaycanda 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə İmişli rayonunda qeydə alınıb.

Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət edib.

Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026