Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində silah-sursat zavodunda partlayışlar baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, ilkin ehtimallara əsasən, iki işçi xəsarət alıb.
Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sverdlov adına silah-sursat zavodunda Rusiyanın müdafiə sənayesi məhsulları, partlayıcı maddələr və sənaye kimya məhsullarının üçdə bir hissəsi istehsal olunur.
















