• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qaydaları pozan koronavirus xəstəsi barədə araşdırmalara başlanıldı

HADİSƏ

27 Dekabr 2021 | 09:27

Qaydaları pozan koronavirus xəstəsi barədə araşdırmalara başlanıldı

Sabirabad rayonu Suqovuşan kənd sakini Ruslan Sadıqova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, R.Sadıqov təyin olunan qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026