Qazaxda qaz sızması nəticəsində partlayış zamanı yanıq xəsarətləri alan baba və nəvənin vəziyyəti ağırlaşıb.
Bakıvaxtı.az bu barədə APA-ya istinadən xəbər verir.
Məlumata görə, yaralılar Bakıdakı xəstəxanalrdan birinə yola salınıb.
***
21:05
Qazaxda qaz sızması partlayışa səbəb olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.1950-ci il təvəllüdlü P.Vəliyev və onun nəvəsi 2008-ci il təvəllüdlü E.Vəliyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, baba və nəvə evdə qaz sızması zaman partlayışdan xəsarət alıblar.
Hadisənin baş vermə səbəbləri araşdırılır.(unikal)
















