Şirvanda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Bakıvaxtı.az report-a istinadla xəbər verir ki, hadisə Şirvan şəhər ərazisində yerləşən evlərin birində baş verib.
Belə ki, şəhər sakinləri - Əzizova Rəqsanə, Əzizova Mələk və Əzizova Lətafət evdə ikən dəm qazından zəhərləniblər.
Daha sonra onları Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
















