Yevlaxda idarəetmədən çıxan maşın aşıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Əkşəm-Hacıselli kəndləri istiqamərindən keçən magistral yolda baş verib.
Belə ki, idarəetmədən çıxan "Mercedes" markalı minik maşını yol kənarına aşıb. Qəza zamanı avromobil yarasız hala düşüb. Xoşbəxtlikdən Mingəçevir şəhər sakini olan sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
















