• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Azərbaycanda bir həftəlik tətil başa çatdı

CƏMİYYƏT

16 May 2021 | 00:13

Azərbaycanda bir həftəlik tətil başa çatdı

Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, tətil günləri mayın 16-da yekunlaşıb.

Beləliklə, bu gündən ölkə üzrə iş həftəsi başlayıb.

Qeyd edək ki, ölkədə qeyri-iş günləri Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan etibarən başlamışdı.

Bu müddət ərzində dövlət qurumları və ölkə ərazisində ictimai nəqliyyat işləməyib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.

Qərara əsasən, Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026