Bakıda magistral su kəmərində qəza baş verib.
Bu barədə Bakıvaxtı.az-a “Azərsu” ASC-dən bildirilib.
Qeyd olunub ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 14 iyun 2021-ci il tarixində Nəsimi rayonu 1-5-ci mikrorayonlara içməli su verilməsində məhdudiyyətlər yaranıb. Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
















