• Bakı 24° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Azərbaycanda bu il 205 milyon manat ipoteka krediti verilib

İQTİSADİYYAT

25 Iyun 2025 | 11:07

Azərbaycanda bu il 205 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 204,5 milyon manat kredit verilib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 11,6 % artaraq 150,5 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 32 % artaraq 330 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,7 % azalaraq 42,6 milyon manat olub.


SON XƏBƏRLƏR