“İcbari tibbi sığorta çərçivəsində qarşılanan xəstəliklərə yenilərinin əlavə edilməsi məsələsinə ilk növbədə müvafiq nazirliklərdə baxılmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzərində iş aparılır.
"Bundan əlavə Büdcə Məcəlləsi hazırlanır. Büdcədənkənar fondların xərclərinin dövlət büdcəsində daha ətraflı əks etdirməsi üçün lazımi addımların atılması növbəti illər üçün nəzərdə tutulur”, - deyə nazir əlavə edib.
Nuranə Daxilqızı
















