• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda COVID-19-a yoluxan hamilələrdən biri üçəm, digəri dördəm dünyaya gətirib

CƏMİYYƏT

02 Fevral 2022 | 11:03 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda COVID-19-a yoluxan hamilələrdən biri üçəm, digəri dördəm dünyaya gətirib

COVID-19-a yoluxan və vəziyyətləri ağırlaşdığı üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki hamilələrdən biri üçəm, digəri isə dördəm dünyaya gətirib.

Bakıvaxtı.az-ın məlumata görə, bu barədə KTM-dən bildirilıib.

Verilən xəbərə görə, yanvarın 26-da mərkəzə gətirilən 44 yaşlı hamilə qadının vəziyyəti daha da ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib: "Daha sonra həkimlər 30 həftə 6 günlük olan hamiləliyin sonlaşdırılması qərarını alıb və 4 gün sonra yanvarın 31-də qeysəriyyə əməliyyatı ilə üçəmlər dünyaya gəlib. Üçəmlərin hər biri qızdır. Çəkiləri 1 200, 1 180, 755 qram olub. Hazırda onların üçü də küvəzdədir. İkisinin vəziyyəti stabil, birinin vəziyyəti isə ağır olaraq qalır.

31 həftəlik 22 yaşlı hamilə qadın isə fevral ayının 1-də Mərkəzə yerləşdirilib. Onun da vəziyyəti orta-ağır olduğu üçün təcili olaraq əməliyyata alınıb və dördəmləri dünyaya gəlib. Dördəmlərdən üçü qız, biri oğlandır. Onların çəkiləri 1 340, 1 440, 1 250 və 1 300 qram olub. Hazırda ikisinin vəziyyəti sabit, ikisinin vəziyyəti isə ağır olaraq qalır".


Azərbaycanda COVID-19-a yoluxan hamilələrdən biri üçəm, digəri dördəm dünyaya gətiribAzərbaycanda COVID-19-a yoluxan hamilələrdən biri üçəm, digəri dördəm dünyaya gətirib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026