• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ordumuzun əsgəri avtomobil qəzasında həlak olub - RƏSMİ - YENİLƏNİB

CƏMİYYƏT

04 Mart 2022 | 09:46 | Müəllif: Qalib İbrahimoğlu

Ordumuzun əsgəri avtomobil qəzasında həlak olub - RƏSMİ - YENİLƏNİB

Martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

*** 03.03.2022 22:28

Azərbaycan Ordusunun hərbçisi qəzada həlak olub. 

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Şuşada avtomobilin qəzaya düşməsi nəticəsində Azərbaycan Ordusunun əsgəri Kazımov Vüsal Vüqar oğlu dünyasını dəyişib.

Qəza nəticəsində daha bir neçə nəfərin yaralandığı bildirilir.

V.Kazımov ailənin yeganə oğul övladı olub.


Ordumuzun əsgəri avtomobil qəzasında həlak olub - RƏSMİ - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026