Dəqiqədə 110-120 dəfə ürək vurğusu insan üçün təhlükəli hədd hesab olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə anestezioloq Gennadiy Mışkov bildirib.
Ürək vurğuları içində ən təhlükəli hədd bradikardiyada 38-43 vurğudur, aritmiyada isə 110-120 vurğudur (medicina.az). Onlar ürək üçün çox təhlükəlidir.
Bradikardiya zamanı koronar qan dövranı azalır, qanın ötürülməsi pozulur.
Bu sayda döyüntü zamanı kardioloqa müraciət etmək lazımdır.
Paroksizmal sinus taxikardiyasında isə 120-ə qalxan vurğu sonra 140-a qədər yüksəlir. Bu zaman ürək oksigen aclığı hiss edir və yüklənir.
Bu hallarda beta blokatorlar qəbul etmək lazımdır.
Sinus taxikardiyasının qarşısı alınmazsa kəskin ürək çatışmazlığı baş verə bilər.
















