• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ramazan ayı aprelin 3-də başlayacaq? - Rəsədxanadan AÇIQLAMA

CƏMİYYƏT

02 Aprel 2022 | 19:04 | Müəllif: Subhan Mahmudov

Ramazan ayı aprelin 3-də başlayacaq? - Rəsədxanadan AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilib. Bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynov bildirib ki, Azərbaycan üfüqündə 1 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğub. Həmin gün 19.04-də Günəş batıb, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batıb. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib: "Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec, 20.23-də batacaq. Hilalın işıqlanması 2% olacaq. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq".

Onun sözlərinə görə, beləliklə, QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026