• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda həbs edilən Özbəkistan vətəndaşı təhvil verildi

CƏMİYYƏT

29 Yanvar 2024 | 17:48

Azərbaycanda həbs edilən Özbəkistan vətəndaşı təhvil verildi

Özbəkistanda dələduzluq əməlini törətməkdə təqsirləndirilərək 26.05.2023-cü il tarixində həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən, 1981-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Karimov Rustam Hikmatullayeviçin verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

R.H.Karimov cari ilin oktyabr ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026