• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Eks-deputat keçmiş kürəkənin toyundan danışdı: “Niyə?”

CƏMİYYƏT

28 Fevral 2024 | 17:20

Eks-deputat keçmiş kürəkənin toyundan danışdı: “Niyə?”

Eks-millət vəkili Şəmsəddin Hacıyevin bu gün sabiq kürəkəni Seymur Orucovun toy mərasimini eşidərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevlə əlaqə saxlayıb.

O, açıqlamasında qızı Çeşmi Hacıyevanın Seymur Orucovdan 2 il bundan əvvəl boşandığını qeyd edib: “Bu, çox axmaq hərəkətdir. Belə publik formada olmalı idi, ya olmalı deyildi, qoy, ona jurnalistlər cavab tapsın. Mənim qızım 2 il əvvəl ondan boşanıb. Mən niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? Bu söhbətlər absurddur”.

Qeyd edək ki, bu gün sabiq millət vəkili Şəmsəddin Hacıyevin keçmiş kürəkəni Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın şəhərin lüks restoranlarından birində toy mərasimi baş tutacaq.

...

16:06

Xəbər verdiyimiz kimi,  Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur. Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir. 

Bakıvaxtı.az Yenisabah.az-a istinadən xəbər verir ki, toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb. Seymur Orucovun eks həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev nəvələrinin atasının ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib. Bu xəbərdən sonra onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib. Sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir.


SON XƏBƏRLƏR

26 Iyul 2024