• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

BDU 105 illik yubileyinə hazırlaşır

CƏMİYYƏT

29 Mart 2024 | 16:55

BDU 105 illik yubileyinə hazırlaşır

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq. Bu barədə BDU Elmi Şurasının bugünkü iclasında qərar qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-a BDU-dan bildirilib.

Məlumata görə, iclasda bildirilib ki, 1919-ci sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tarixi qərara imza ataraq, Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edib. BDU 105 il ərzində xalqımızın maariflənməsində, milli düşüncənin inkişafında, yüksəkixtisaslı kadrların yetişməsində mühüm rol oynayıb.

BDU-nun inkişafında yeni və mühüm mərhələ 1969-cu ildə Ümummilli Lider  Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlayıb. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoyub. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir. BDU möhtərəm Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli qayğısı ilə tərəqqi və inkişaf yolunda inamla addımlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə Universitetin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, əməkdaşların ali dövlət mükafatları ilə təltif edilməsi BDU ailəsinin hər bir üzvü tərəfindən ehtiramla xatırlanır.

105 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yola davam edir.


SON XƏBƏRLƏR

26 Aprel 2024