• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Küləyin sürəti güclənəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

29 Mart 2024 | 16:11

Küləyin sürəti güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 30-da səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 30-u axşamdan 31-i səhərədək fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

    Azərbaycanın rayonlarında martın 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq 31-i səhərədək bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Qərb küləyinin 15-20 m/s, 30-da gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024