• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib

CƏMİYYƏT

29 Mart 2024 | 16:01

Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.

Bakıvaxtı.az xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb. Vəsatət təmin olunmayıb.

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində martın 9-da keçirilən iclasda onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə məlumat yayıb.


SON XƏBƏRLƏR

26 Aprel 2024