• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Taksilərin sayı kəskin azalsa..." - Yeni qərarda mənfiliklər

CƏMİYYƏT

29 Mart 2024 | 16:42

Taksilərin sayı kəskin azalsa... - Yeni qərarda mənfiliklər

Xəbər verdiyimiz kimi, ötən gün taksilərlə bağlı yeni qərar qəbul edilib.

Yeni qaydalara görə, taksilərdə sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi; taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz; gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal olacaq. Eyni zamanda, iyulun birindən ölkə ərazisinə idxal olunan taksilərin rənglərinin ağ və ya qırmızı olması nəzərdə tutulub.

Nəqliyyat eksperti Eldəniz Cəfərov taksilərlə bağlı yeni qaydaları Bakıvaxtı.az-a şərh edib.

Onun sözlərinə görə, yeni qaydaların müxtəlif müsbət və mənfi tərəfləri var:

“Əvvəla müsbətdən danışım. Belə ki, Bakı şəhərində həddindən artıq taksi avtomobilləri var. Taksi fəaliyyəti ilə isə məhz peşəkarlar məşğul olmalıdır. Bu işə əyləncə kimi baxan şəxslər gedib başqa işlərlərlə məşğul olsalar, daha yaxşı olacaq”.

Eldəniz Cəfərov: Taksi fəaliyyəti ilə iməhz peşəkarlar məşğul olmalıdır

Ekspert hesab edir ki, taksi peşəkar sahə kimi yenidən dirçəlməlidir. Müsahibimiz onu da qeyd edib ki, taksi ictimai nəqliyyatın bir qoludur və burada da sürücülər avtobus seqmnetində çalışan həmkarları kimi səliqəli qayda qanuna riayət edən olmalıdırlar. Yeni qaydalar buna imkan verir.

E.Cəfərov bildirib ki, Bakı şəhərinin də digər şəhərlər kimi öz xüsusiyyətləri var:

“Paytaxt olaraq Bakıda minik avtomobillərinin rəngləri ağ və qırmızı olaraq seçilib. Bu da normaldır və prinsipial məsələ deyil. Qayda taksi operatoru şirkətləri ilə və fərdi qaydada çalışan vətəndaşlara da şamil olunur. Onlar da taksi fəaliyyəti ilə məşğul olursa, avtomobillərinin rəngləri ağ və qırmızı olmalıdır”.

Ekspert yeni qaydaların mənfi tərəflərinə də diqqət çəkib. Bildirib ki, bu qərarda mənfi tərəflər şərtləndirən müxtəlif amillər də var:

“Məsələn, əgər taksilərlə bağlı yeni qaydaları tətbiq etsək və ictimai nəqliyyatın avtobus və taksi seqmentini gücləndirməsək, orada da əlçatanlığı təmin edə bilməsək, marşruta buraxılan avtobusların, metro qatarlarının sayını artırmasaq, bu zaman avtomobilləşmə yenidən vüsət ala bilər”.

Onun sözlərinə görə, əgər taksilərin sayı kəskin azalacaqsa, tələb çoxalacaq, təklif isə azalacaq: “Belə olanda vətəndaşlar yenə də fərdi avtomobillərə üstünlük verəcəklər. Təzə maşın ala bilməyənlər belə köhnə maşın alacaqlar. Bu hal gözləniləndir”.

Günəş Mərd

 


SON XƏBƏRLƏR

26 Aprel 2024